Niderland səfəri başa çatıb

“Turan Tovuz”un idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb.

Allsport.az saytı xəbər verir ki, PSV və “Feyenoord”dan sonra nümayəndələr üçüncü komandanın – “Utrext”in düşərgəsində olublar. Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib.

Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib. Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb. Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində iştirak ediblər.

Həmin kateqoriyadan