- Baxış sayı: 20
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 206
- Noyabr 09, 2026
- 0

Azərbaycan premyer liqasının 16-cı turunda “Sumqayıt” doğma meydanda “Qarabağ”a 1:6 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin məşqçisi Mübariz Orucov oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:
“Oyun barədə danışılası çox bir şey yoxdu. Hesab üzücüdür. Zədəlilərimiz çoxdur. Məcbur rotasiyalar edirik. Bəzi oyunçularımız yad mövqedə oynayırlar. Növbəti 2 oyunda toparlanıb, əlimizdən gələni edəcəyik”.