Növbəti mövsüm superliqada oynayacaqlar

Allsport.az xəbər verir ki, Türkiyənin 1-ci liqasında mübarizə aparan “Samsunspor” 2023/24 mövsümündə superliqada çıxış edəcək.

Komandanın ən yaxın izləyicisi “Əyyubspor” 32-ci turda “Gənclərbirliyi”nə uduzub – 0:2. Ona görə də “Samsunspor” sona 6 tur qalmış superliqaya vəsiqəni təmin edib.

Qara dəniz təmsilçisi son dəfə 2011-2012-c illərdə ölkənin əsas çempionatında oynayıb. O vaxt “Samsunspor” 16-cı yeri tutub, aşağı liqaya düşmüşdü.

Həmin kateqoriyadan