Növbəti oyunların vaxtı dəqiqləşdi

Minifutbol üzrə Azərbaycan çempionatında II turun təqvimi açıqlanıb.

Allsport.az xəbər verir ki, matçlar 2 gündə keçiriləcək.

Dekabrın 12-də “Siyəzən” “Aznur”u, “Dinamo Gəncə” “Dirçəliş”i, “Birbaşa Bakı” “Atəşgah Suraxanı”nı, “Abşeron” “Real Bakı”nı qəbul edəcək.

İkinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq. “Baku Fire” “Odlar Yurdu” ilə, “Zirə” “Veteran”la, “Turan” “İnter”lə, “Qalaksi Şuşa” isə “Sumqayıt”la qarşılaşacaq.

Qeyd edək ki, görüşlər Bakı tennis akademiyasında olacaq.

Həmin kateqoriyadan