“O, həmişə istedadlı oyunçu olub”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçi Fil Foden haqda danışıb.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunu tərifləyib:

“Fodenin oyunu? O, həmişə istedadlı oyunçu olub, amma indi daha yetkindir və oyunu daha yaxşı başa düşür, xüsusən də müdafiədə. Mərkəzdə, sağda oynaya, qol vəziyyətləri yaradaraq içəriyə nüfuz edə, solda oynaya, qol vura bilir. O, gördüyü işin həcminə görə hazırda Premyer Liqanın ən yaxşı oyunçusudur.

Həmin kateqoriyadan