O, niyə maaşının bir hissəsindən və “Hatayspor”dan gələn təklifdən imtina etdi?

Qurban Qurbanov maaşının bir hissəsindən imtina edib. Allsport.az saytı xəbər verir ki, 13 ildir “Qarabağ”da işləyən mütəxəssis gələn ilin yayınadək həmişəkindən xeyli az məvacib alacaq. Onun “Hatayspor”dan gələn təklifi geri çevirməsinin gerçək səbəblərindən biri də budur.

O, klub sponsoru – “Azərsun”un koronavirus pandemiyası səbəbindən maliyyə sıxıntısı çəkməsini görərək, bu addımı atıb və aylıq əməkhaqqısının önəmli bir hissəsini kluba bağışlayıb.

Tanınmış mütəxəssis hazırkı vəziyyətdə Ağdam təmsilçisini super liqa klubuna dəyişməyi özünə yaraşdırmayıb və özü də maddi yöndə “Qarabağ” rəhbərliyinə dəstəyini bu cür göstərib.

Həmin kateqoriyadan