Od olmayan yerdən tüstü çıxar?

Od olmayan yerdən tüstü çıxar?

“Spartak”ın hücumçusu Keyta Balde “Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara ilə münasibəti ilə bağlı yayılan xəbərləri tamamilə cəfəngiyyat adlandırıb.

Yanvarın sonunda mətbuatda 2018/19 mövsümündə futbolçular “İnter”də birlikdə oynayan zaman Naranın seneqallı ilə ərini aldatdığı xəbərləri yayılmışdı.

“Vanda haqqında dedikləri tamamilə cəfəngiyyatdır. Heç bir şey yox idi! Qəzetlər hər cür boşboğazlıq yazmağı xoşlayır – buna görə də yazırlar. Ailəm, uşaqlarım var. Mən onlara hörmət edirəm və onların yanında xoşbəxtəm. Məni başqa heç nə maraqlandırmır” – deyə Balde bildirib.

Həmin kateqoriyadan