Oğuzda və Qəbələdə “Bahar turniri” keçiriləcək

Sabah Oğuzda, 28-də isə Qəbələdə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçiriləcək.

Allsport.az xəbər verir ki, Oğuz olimpiya idman kompleksində keçiriləcək turnirdə rayonun 8 komandası, Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə isə Qəbələnin 8 komandası mübarizə aparacaq. Hər region üzrə qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq.

Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 qızlar liqasına və milli yığma komandalara futbolçuların hazırlanmasıdır. 

Həmin kateqoriyadan