“Olimpiakos”un baş məşqçisi Bakıya gəlir

“Olimpiakos”un baş məşqçisi Bakıya gəlir

Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Pedru Martinş Bakıya gələcək. Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Neftçi” və Gürcüstanın “Dinamo” (Tiflis) klubları arasında çempionlar liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu izləyəcək.

Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşacaq.

Tiflisdəki ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Martinş həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də keçiriləcək.

Həmin kateqoriyadan