- Baxış sayı: 51
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Atletiko Madrid” rəsmi olaraq “Almeriya”nın sağ cinah müdafiəçisi Mark Pubilyanın transferi ilə bağlı müqavilənin tamamlandığını açıqlayıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə imzalanan müqavilə 5 illikdir.
“Transfermarkt” portalının məlumatına görə, “Atletiko” Pubilyanı 16 milyon avroya alıb.
Keçən yay Pubilya İspaniya millisi ilə olimpiya çempionu olub.