- Baxış sayı: 62
- 17 Sentyabr 2026 18:52
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Birmingemdə atletika üzrə Avropa çempionatına start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb.
Atletimiz 13,91 metr nəticə göstərib. Bu göstərici Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməsə də, o, Azərbaycan rekordunu yeniləyib.
Əvvəlki ölkə rekordu da 13.89 metr nəticə ilə Yekaterina Sariyevaya məxsus idi.