- Baxış sayı: 49
- 05 Oktyabr 2026 10:44
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

Sloveniyanın Novo Mesto şəhərində U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, yarışda idmançılar müxtəlif növlərdə güclərini sınayacaqlar.
Məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi ilə Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) mübarizə aparacaqlar.
Balkan çempionatı iyulun 4-də start götürəcək.