Ölkə başçısı İqor Ponomaryovu “Şöhrət”ləndirdi

Ölkə başçısı İlham Əliyev “Sabah” futbol klubunun müşahidə şurasının üzvü İqor Ponomaryovu təltif edib. Allsport.az saytı xəbər verir ki, sərəncamla Azərbaycan respublikasında idmanın inkişafında xidmətlərinə görə, o, “Şöhrət” ordeni ilə təltif olunub.

Neftçi”nin veteran futbolçusunun bu gün 60 yaşı tamam olur. Keçmiş yarımmüdafiəçi 1978-1981, 1983-1989-cu illərdə 246 oyun keçirib, 70 qol vurub. 1988-ci ildə SSRİ olimpiya yığmasının heyətində qızıl medal qazanmış Ponomaryov millimizin baş məşqçisi (2000-2001) vəzifəsində də çalışıb.

Həmin kateqoriyadan