Ölkə çempionatında əbədi ehtiyat qüvvə

Azərbaycan premyer liqasının 2023/24 mövsümünün ilk yarısında 4 futbolçu daim ehtiyatda qalıb.

Allsport.az xəbər verir ki, 18 oyunda adı protokola daxil edilən, lakin meydana çıxmaq imkanı qazanmayan əbədi ehtiyat qüvvə üç klubun heyətində yer alıb.

Bu oyunçulardan ikisi “Zirə”nin üzvləridir. Anar Nəzirov və Səlim Həşimov ilk 2 dövrədə meydana çıxmasa da, hər qarşılaşmada 90 dəqiqə ehtiyatda qalıb.

“Araz-Naxçıvan”da Mirəli Əhmədov və “Qəbələ”də Elməddin Sultanov da eyni aqibəti yaşayıb. Elməddin də Anar kimi komandasının qapıçısıdır. Digər iki futbolçu sahə oyunçusudur.

Qeyd edək ki, premyer liqanın digər 7 klubunda meydana çıxmadan ehtiyatda qalan futbolçuların maksimal göstəricisi 17 belə matçdır.

Həmin kateqoriyadan