Ölkə çempionunda daha 2 ciddi itki

Çempionar yarışında mübarizəni dayandıran “Qarabağ” qitə liqasının pley-ofunun ilk oyununa ciddi itkilərlə çıxacaq. Allsport.az saytı xəbər verir ki, Riçard Almeyda və Rahil Məmmədov Kiprin APOEL klubu ilə evdə cavab matçında cəzalı duruma düşüb. Gənc müdafiəçi sarı vərəqə həddini (3) doldurub, braziliyalı legionçu qırmızı kart alıb.

Ağdam təmsilçisinin digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçisi Filip Ozobiç də zədə səbəbindən komandaya kömək edə bilmirlər. “Qarabağ”ın İrlandiya “Linfild”i ilə ilk oyunu avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.

Həmin kateqoriyadan