Ölkə kuboku yeni qaydada

2023/24 mövsümündən başlayaraq Azərbaycan kubokunun oyunlarında yenilik tətbiq ediləcək. Allsport.az saytı xəbər verir ki, bunu Peşəkar futbol liqasının texniki-idman direktoru Elgiz Abbasov deyib:

“Əvvəllər kubokda iştirakı məsələsi klubların müraciəti əsasında tənzimlənirdi. Bu ildən İdarə heyətinin qərarına əsasən I və II liqa klublarının müvafiq mərhələlərdən kubokda iştirakı nəzərdə tutulub.

İlk dəfə I təsnifat mərhələsində II liqa klubları iştirak edəcək. Ardınca mərhələli şəkildə digər komandalar ölkə kubokuna qoşulacaq. I və II mərhələ, həmçinin 1/8 final bir oyundan ibarət olacaq, 1/4 finaldan etibarən ev-səfər prinsipi həyata keçiriləcək”.

Həmin kateqoriyadan