Ölkə kubokunun püşkü atılıb

Bu gün ölkə kubokunda yeni mövsümünün püşkatması olub. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbir koronavirus pandemiyası səbəbindən klub və KİV nümayəndələri üçün qapalı olub.

Bu mövsüm yarışa premyer liqanın 8 komandası və 1-ci diviziondan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb. Mübarizəyə dekabrın 24-də 1/8 final mərhələsi ilə start veriləcək.

Ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Azərbaycan kuboku
Püşkatma, 1/8 final

“Səbail” – “Zaqatala”
“Turan Tovuz” – “Qəbələ”
“Sabah” – “Kəpəz”
“Qaradağ Lökbatan” – “Zirə”

1/4 final mərhələsinin cütləri

“Sumqayıt” / “Zaqatala” – “Səbail”
“Keşlə” / “Kəpəz” – “Sabah”
“Qarabağ” / “Turan Tovuz” – “Qəbələ”
“Neftçi” / “Qaradağ Lokbatan” – “Zirə”

Həmin kateqoriyadan