Ölkəmizə ən çox hansı ölkələrdən legionçu yollanır?

Beynəlxalq futbol araşdırmaları şirkəti (CİES) 126 peşəkar liqada ən çox təmsil olunan ölkələri araşdırıb. Allsport.az saytı xəbər verir ki, bu baxımdan braziliyalılar ilk sıradadır. “Sambaçılar” 23 çempionatda ən çox təmsil olunanlardı. Onları argentinalılar (15) və fransızlar (13) izləyir.

Adı son çəkilənlər Avropanın əsas çempionatları İngiltərə premyer liqası (47 oyunçu), Almaniya bundesliqası (36) və İtaliya “A seriya”sı (35) və İspaniya la liqasında (30) əsas legionçu gücdür.
 
Ən çox görünən köç istiqaməti isə Braziliyadan Portuqaliyayadır. 141 “sambaçı” Pireney ölkəsinin üst, 106 oyunçu isə 2-ci liqada oynayır. Digər 3 böyük “miqrasiya xətti” qonşu ölkələr arasındadır və daha böyükdən kiçiyə istiqamətlənir: İngiltərədən Uels yüksək liqasına (100), Fransadan Lüksemburqa (93) və İngiltərədən Şotlandiyaya (90).
 
Azərbaycana gəlincə, premyer liqada ən çox təmsil ölunan xarici ölkə Braziliyadır. Bizdə 9 belə futbolçu çıxış edir. Sonrakı sıralarda hərəyə 7 oyunçu ilə qonşu Rusiya və Serbiya qərarlaşıb. Çempiontımızda Fransadan 5 futbolçu çıxış edirsə, Ukrayna, İran və Xorvatiyadan 3 oyunçu var. Belçika, Albaniya və Gürcüstan hərəyə 2 oyunçu ilə ilk “10-luğ”u tamamlayır.

Həmin kateqoriyadan