Ölkəmiz reytinqdə irəlilədi

Çempionlar liqasının 3-cü təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan cədvəldə 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. 

ÇL-in 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (0:0, pen.5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

Azərbaycanın son 5 mövsümün yekununda xalları 16,125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.

Həmin kateqoriyadan