Ömər Buludov: Daha istəklə və əzmkarlıqla çempionluğa nail ola bilərik

“Neftçi”nin müdafiəçisi Ömər Buludov “Qəbələ” üzərində qələbədən (4:1) sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, yenidən start heyətində yer almağının sevincini gizlətməyən gənc futbolçu vurduğu qoldan da danışıb:

“Yenidən start heyətində yer aldığıma görə çox xoşbəxtəm. Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım. Uzaq küncü görüb dəqiq nişan aldım və qol sevincimi İsmayılla bölüşdüm.

Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam. Məqsədimiz qarşıdakı oyunlarda maksimum xal toplamaqdır. İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik”.

Həmin kateqoriyadan