“Onu burada görmək əla olardı”

“Real”ın müdafiəçisi Daniel Karvaxal, Kilian Mbappenin PSJ-dən “Real”a mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Allsport.az xəbər verir ki, bu barədə o, Fabrizio Romanoya açıqlama verib:

“Klub bizə Mbappe haqqında heç nə deməyib. Amma deyəsən yayda “Real”a keçə bilər, bəli.
Onu burada görmək əla olardı, o, “TOP” oyunçudur. Bu, təkcə “Real” üçün deyil, bütün La Liqa üçün əsas xəbərdir”.

Həmin kateqoriyadan