“Onun premyer liqada artıq 100-dən çox qolu var”

Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq premyer liqada Markus Reşford və Rasmus Hoylunun qol vura bilməmələrindən danışıb:

“Hoylun çempionlar liqasında beş qol vurursa, deməli premyer liqada da vuracaq. Bu, yalnız bir zaman məsələsidir. Nə qədər ki, komandada şans yarancaq və o, özünə arxayın olacaq, hər hansı bir problemin yaranacağını düşünmürəm.

Reşforda gəlincə isə, o, bütün karyerası boyunca bacarıqlarını dəfələrlə sübut edib. Onun premyer liqada artıq 100-dən çox qolu var. Unutmayın, keçən mövsüm o, 30 qol vurmuşdu”.

Həmin kateqoriyadan