Orduya dəstək yürüşündə saxlanılan futbol məşqçisi azadlığa buraxıldı

İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs olunan futbol məşqçisi Mehdi İbrahimov ev dustaqlığına buraxılıb.

Allsport.az xəbər verir ki, bu barədə gənc məşqçinin qardaşı Turan İbrahim sosial şəbəkə hesabında məlumat yayıb.

Mehdi İbrahimovu dəstək yürüşündən sonra – səhərə yaxın polislər saxlayıb, 38-ci polis bölməsinə aparmışdılar.

Həmin kateqoriyadan