Orxan Məmmədov yeni təyinatdan danışdı

Orxan Məmmədov yeni təyinatdan danışdı

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Rəşad Sadıqovun komandaya baş məşqçi təyinatı ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, o, klubun saytına təyinatdan danışıb:

“Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur.

“Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Həmin kateqoriyadan