- Baxış sayı: 13
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Allsport.az xəbər verir ki, “Kəpəz”in qapıçısı Orxan Sadıqlı premyer liqada 150-ci oyununu keçirib. 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Azərbaycan premyer liqasının 31-ci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.
Orxan Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.
Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.