Ötən mövsüm VAR-a 90 dəfə müraciət olunub

2022/2023 mövsümündə Azərbaycan premyer liqası və ölkə kubokunda 90 dəfə Video Köməkçi Hakimə (VAR) müraciət olunub.

Allsport.az xəbər verir ki, bunu hakimlər komitəsinin sədri Barış Şimşək idman jurnalistləri üçün təşkil olunan seminarda açıqlayıb.

Onun sözlərinə görə, bunlardan 66-da baş hakim özü epizoda baxıb, 24-də isə VAR-dan müdaxilə olunub.

Barış Şimşək ədalət təmsilçilərinin 16 dəfə VAR-da səhv qərar qəbul etdiklərini və 19 dəfə lazım olduğu halda VAR-a getmədiklərini də diqqətə çatdırıb.

Həmin kateqoriyadan