“Oyun baxımından üstünlük bizdə idi“

Premyer liqanın 25-ci turunda “Turan Tovuz” səfərdə “Zirə”ylə 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:

“Çətin səfər idi. Evində “Zirə”yə qalib gəlmək çox çətindir. Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər bizi dəstəklədilər. Oyun baxımından üstünlük bizdə idi. Birinci hissə həm qol vurduq, həm də iki yüz faizlik imkanımız oldu. Rəqib azlıqda qaldıqdan sonra bilirdik ki, əks hücumda bizi yaxalamağa çalışacaq.

İkinci hissə belə demək olarsa qorxduğumuz başımıza gəldi. Standart vəziyətdə səhv etdik. Bu dəqiqə çempionat həqiqətən gərgin keçir. Hər xal vacibdir. İtkilərimiz var idi. Aleks cəmi 1 məşqə çıxmışdı. Risk etmək istəmirdik. Xəyal dünən zədələndi. Ən çox Denisin zədələnməyi bizə təsir etdi. Çünki Denis oynayanda cinahlardan daha çox asma edə bilirik. Futbolçularıma da bildirdim bu oyunu biraz da artırıb növbəti oyunlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan