“Oyun gərgin mübarizə şəraitində keçdi“

Azərbaycan premyer liqasının 16-cı turunda “Zirə” evdə “Araz-Naxçıvan”la 0:0 hesabı ilə heç-heçə edib.

Allsport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Oyun gərgin mübarizə şəraitində keçdi. Qarşılaşmanın ilk 10-15 dəqiqəsində “Araz-Naxçıvan” daha fəal idi.

İlk sıralarda qərarlaşdığımız üçün komandada gərginlik hiss olunurdu. 16 turda heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu, normal haldır”.

Həmin kateqoriyadan