“Oyun nizam-intizamını qoruyub saxlamaq çox önəmli idi“

Premyer liqanın 19-cu turunun bağlanış matçında “Qarabağ” evdə “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib:

“Futbolçularımı təbrik edirəm. Hələ idman formalarına tam bərpa etməmələrinə baxmayaraq, çox intizamlı futbol nümayiş etdirdilər. Bu gün 90 dəqiqə eyni oyun tələb edə bilməzdik. Qalibiyyət üçün çox düzgün oynadılar. Futbolçular çox istəkli idilər.

Qarşımızda dinamik, istəkli, sürətli futbolçulara malik komanda var idi. Vacib üç xal qazandıq. Oyun nizam-intizamını qoruyub saxlamaq çox önəmli idi. Belə havada futbolçulara asan deyildi. Azarkeşlərə təşəkkür edirəm ki, belə soyuq havada bizi tək qoymadılar”.

Həmin kateqoriyadan