“Oyun orada bitə bilərdi”

Bu gün “Turan Tovuz” premyer liqanın 27-ci turunda evdə “Qarabağ”a 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu dedi:

“Bu gün möhtəşəm atmosfer var idi. Çoxdan idi evdə məğlub olmurduq. Bu seriyanı davam etdirmək istəyirdik. Amma həqiqətən çətin rəqibə qarşı oynayırdıq. Komanda bu gün son dəqiqəyə kimi əzmkarlıq göstərdi.

Qol da vurduq. Birinci hissədə Oto Con ikinci topu vursa bəlkə də oyunun axarı başqa cür ola bilərdi. Hesabda geri düşsək də epizodlarımız oldu. 1:2-dən sonra Belajdinin imkanı oldu.

Hansı ki, oyun orada bitə bilərdi. Qarşıda fasilə var. İtkilərimiz çox idi. Ümid edirəm ki, zədəlilərimiz sıraya qayıdacaq və tam heyətlə dördüncü dövrəyə hazırlaşacağıq”.

Həmin kateqoriyadan