- Baxış sayı: 54
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 240
- Noyabr 09, 2026
- 0

“Qarabağ” premyer liqanın 2-ci yarısına hazırlıq planına uyğun Tofiq Bəhramov adına stadionda “Zirə” ilə yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, Ağdan klubunun baş məşqçisi Qurban Qurbanov 3:3 bitən görüş barədə bunu söyləyib:
“Hazırlıq plan üzrə gedir. Amma hələ oyunumuzda istənilən dinamika yoxdur. Oyun təcrübəsizliyi, futbolçuların fərqli formada olduğu hiss olunur. Bununla belə, işimiz pis getmir. Çalışırıq ki, çatışmazlıqlarımızı nə iləsə kompensasiya edək”.