“Oyuna tam istədiyim kimi nəzarət edə bilmədik”

3 martda “Qarabağ” premyer liqanın 25-ci turunda səfərdə “Neftçi” üzərində 4:1 qələbə qazandı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu açıqladı:

“Çox istəkli komandaya qarşı oynayırdıq. Bu matça çox yaxşı hazırlaşmışdılar. Oyuna tam istədiyim kimi nəzarət edə bilmədik. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlər üçün çox maraqlı görüş oldu. Hər iki komanda sürətli, dinamik futbol oynadı. Stadionda çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

İki qol sonda, əks-hücumlarda vuruldu. Rəqib riskə getmişdi. Belə matçlarda 1:2, 1:3 və ya 1:4 uduzmaq böyük fərq etmir. Çünki itiriləcək bir şey olmadığı üçün çox sayda futbolçu ilə irəli atılırlar”.

Həmin kateqoriyadan