“Oyunçular əsəbi idilər, bacardıqlarını edə bilmirdilər“

Azərbaycan premyer liqasının XV turunda “Səbail” səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyunla bağlı öz fikirlərini bölüşüb:

“Oyun gərgin və əsəbi şəkildə getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk yarıda 15 dəqiqə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi.

Futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və bundan sonra komanda toparlana bilmədi. Oyunçular əsəbi idilər, bacardıqlarını edə bilmirdilər”.

Həmin kateqoriyadan