“Oyunu bu senaridə təxmin edirdik”

Bu gün “Qəbələ” premyer liqanın 34-cü turunda evdə “Turan Tovuz”a 1:2 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev bunu söylədi:

“Oyunu bu senaridə təxmin edirdik: “Turan Tovuz” çox qapanan və sürətli əks hücuma çıxan klubdur. Qırmızı vərəqədən sonra azlıqda qaldıq. Bundan sonra geridönüş etdik.

Amma son saniyələrdə qol buraxdıq. Bu gün bəxt rəqibin tərəfində idi. Zədəlillərimiz var. Toparlanmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan