- Baxış sayı: 50
- 26 İyun 2026 23:23
- Baxış sayı: 111
- İyun 26, 2026
- 0

“Sabah”ın “Telstar”a icarəyə verdiyi Ozan Can Kökçü yeni klubunda debüt edib. Allsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turunda “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə meydana çıxıb.
Ozan 67-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
“Telstar” 32 xalla 8-ci pillədə qərarlaşıb.