Pərviz Abdullayev erməni rəqibinə qarşı döyüşə hazırlaşır

Ölkəmizin peşəkar kikbokçusu Pərviz Abdullayev növbəti döyüşə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, idmançı fevralda reytinq xarakterli döyüşdə «Draqu» ləqəbli erməni kikboksçusu Qoqa Arutyunyanla qarşılaşmalıdır. Rçqib K1-də tanınmış rinq ustalarındandır. Promouterlər bu görüşün maraqlı, gərgin və diqqət çəkən olduğunu nəzərə alıb, belə bir təkbətək mübarizəni təşkil ediblər. «Kobra» ləqəbli kikboksçu bizə açıqlamasında deyib ki, gələn ayın əvvəlində sözü gedən döyüşün dəqiq vaxtı açıqlanacaq:

«İstanbulda istirahətimi başa vurmuşam. İndi bütün diqqətim məşqlərə yönəlib. Hazırlığımı yerli mütəxəssislər – Mehman Umudov və Zaur Məmmədovun rəhbərliyi ilə keçirəm. Yanvarın ilk günlərində «Draqu» ilə təşkil olunacaq qarşılaşmanın dəqiq vaxtı açıqlanacaq. Erməni kikboksçu hələ ki, tərəddüd edir. Amma mən bilən, razılığını verib. Çunki maliyyə məsələsində razılığa gəlib. Məncə, bu görüş baş tutacaq. İnşallah, həmin döyüşdə də xalqımı sevindirərəm və Vətənə qələbə ilə dönərəm».

Həmin kateqoriyadan