Pərviz Abdullayevdən növbəti nokaut

Belarusun paytaxtı Minsk şəhərində kikboksinq ustalarının iştirakı ilə döyüşlər keçirilib. Allsport.az xəbər verir ki, “Mix Fighter” klubunun təşkil etdiyi “Yeni üfüqlər” yarışı “Minsk-Arena”da baş tutub. Qrand-final döyüşlərinin keçirildiyi gecədə 14 ölkə təmsilçisi rinqə çıxıb.

Əvvəl “Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri arasında döyüşlər baş tutacaq. Ardınca isə tamaşaçılar 4 superdöyüşün şahidi olub. İlk belə döyüşdə Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev rinqə çıxıb. Onun rəqibi Hollandiyanın VOS GYM klubunu təmsil edən Mərakeş idmançısı Raşid Belani olub. Onlar K1 qaydaları ilə baş tutan döyüşdə 72,5 kq çəki dərəcəsində dünya çempionunu müəyyənləşdirib. Afrikalı idmançını nokauta salan 28 yaşlı idmançımız zəngin kəmər kolleksiyasına dünya çempionu kəmərini də əlavə edib.

Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini də nokautla məğlub etmişdi.

Həmin kateqoriyadan