Parislilərdə ciddi itki

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos məşq zamanı xəsarət alıb.

Allsport.az xəbər verir ki, 29 yaşlı braziliyalı baldırından aldığı zədə səbəbindən çərşənbə günü komandanın hazırlığını buraxıb.

Qeyd olunur ki, o, liqa 1-də “Monako” ilə qarşıdakı oyunu (1 mart) və çempionlar liqasının 1/8 finalında “Real Sosyedad”la cavab matçını (5 mart) buraxmaq riski daşıyır.

Həmin kateqoriyadan