“Penaltini vura bilmədik, 2 qol epizodunu qaçırdıq”

“Sabah” premyer liqanın 14-cü turunda evdə “Qarabağ”a 1:2 məğlub olub. Allsport.az saytı xəbər verir ki, matçda sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev yenilgiyə belə şərh verib:

“Parlaq oyun gördük. “Qarabağ”a qarşı bu cür səhvlərlə oynamaq olmaz. Penaltini vura bilmədik, 2 qol epizodunu qaçırdıq.

Buna baxmayaraq, oyundan sonra oyunçularımın əllərini sıxdım. Mən onlara heçnə deyə bilmərəm. Onlar əllərindən gələni etdi. Yaxşı oyun, pis nəticə”.

Həmin kateqoriyadan