Peşəkarlar kikboksçularımız “Ulduzların döyüşü”ndən qalib dönür

Dağıstanın Kaspiysk şəhərindəki Əli Əliyev adına idman sarayında qarışıq təkbətək döyüş və kikboksinq üzrə peşəkarların sayca 3-cü “Ulduzların döyüşü” keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirin proqramına MMA qaydaları üzrə 11 döyüş və K-1 qaydaları üzrə bir döyüş daxil idi. Yarışda rusiyalı idmançılarla yanaşı daha 8 ölkənin – Azərbaycan, Braziliya, Ukrayna, Latviya, Belarus, Almaniya, Türkiyə və Moldovanın nümayəndələri də iştirak ediblər.

Qarışıq təkbətək döyüş üzrə 77 kq çəki dərəcəsində çıxış edən Azərbaycan nümayəndəsi Hüseyn Əliyevin Rusiya nümayəndəsi Samir Abdullayevin görüşü turnirin əsas hadisələrindən biri olub. Həmin görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Azərbaycanın digər nümayəndəsi, 60 kq çəki dərəcəsində çıxış edən Elmar İbrahimov rusiyalı Zafir Bolatova qalib gəlib.

Həmin kateqoriyadan