PFL 1-ci divizionun təqvimində dəyişiklik etdi

Futbol üzrə Azərbaycan 1-ci divizionun 12 və 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Allsport.az xəbər verir ki, 12-ci turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyunu canlı yayımla əlaqədar olaraq, 13 dekabr tarixdən 14 dekabr tarixinə keçirilib.

13-cü turun “Turan Tovuz” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Ağsu” matçları isə 17 dekabrda deyil, bundan bir gün sonra baş tutacaq.

Həmin kateqoriyadan