- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

Peşəkar futbol liqasının prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşdi. Allsport.az xəbər verir ki, seçki sentyabrın 14-ü saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Ramin Musayev PFL-in nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən PFL prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvlərində müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.