Pike əkdiyini biçdi

Allsport.az xəbər verir ki ,”Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə bağlı yeni iddia ortaya atılıb. İddiaya görə, 36 yaşlı sabiq müdafiəçinin sevgilisi Klara Çia Marti onu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə aldadıb.

Klaranın 23, Qvardiolanın isə 52 yaşı var. Çia Marti mütəxəssisin uşaqları ilə eyni universitetdə təhsil alır.

Maraqlısı isə budur ki, Pike bir müddət əvvəl 12 illik keçmiş sevgilisi Şakirəyə Klara ilə xəyanət etmişdi. Buna görə də cütlük ayrılmışdı.

Həmin kateqoriyadan