Pikedən ayrıldı, başqa idmançılara üz tutdu

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike və populyar müğənni Şakira 11 il, futbol dünyasının ən çox danışılan media cütlüklərindən biri idi.

Allsport.az xəbər verir ki, onların məşhur münasibətləri keçən il sona çatdı. Şayiələrə görə, buna səbəb Pikenin çoxsaylı xəyanətləri oldu. Ayrılıq hər 2 tərəf üçün ağır keçdi. Tərəflər bir-birlərini ələ saldılar, üstüörtülü şəkildə təhqirlər yağdırdılar.

Keçmiş əri ilə müqayisədə Şakira boşanma ilə daha çətin anlar yaşasa da, bir neçə ay sonra məşhur ifaçı keçmişini buraxaraq – yeni həyata başladı.

Məsələn, ötən ay kolumbiyalı müğənni Barselonadakı “Karpe Diem” gecə klubunda maraqlı bir kompaniya ilə görüntülənib. Şakira Formula 1 pilotu Luis Həmilton, həmçinin PSJ-nin hücumçuları Neymar və Kilian Mbappe ilə birlikdə istirahət edib. Bu, 46 yaşlı sənətçinin Həmiltonla ictimaiyyət arasında ilk çıxışı olmadığından, tezliklə onların münasibəti olduğu haqda şayiələr yayıldı.

Şakiranın bir neçə gün əvvəl Britaniya Qran Prisində sürücü ilə üçüncü yeri qeyd etmək üçün İngiltərəyə uçmasından sonra şübhələr daha da konkretləşdi. Onlar bütün gecəni birlikdə barda keçirdilər.

Ancaq görünən odur ki, Şakira artıq ciddi münasibətlərə qayıtmaq niyyətində deyil. Həmiltonla əyləndikdən sonra o, başqa bir məşhur idmançı – Mayami basketbolçusu Cimmi Batler ilə vaxt keçirməkdən həzz almağa başladı.

Həmin kateqoriyadan