- Baxış sayı: 14
- 27 İyul 2026 23:03
- Baxış sayı: 38
- İyul 26, 2026
- 0

Ekspertlər Niko Uilyamsın 2025/2026 mövsümündə klub səviyyəsində uğursuz çıxış etdiyini bildirirdilər.
Allsport.az xəbər verir ki, “Atletik”in futbolçusu mövsüm ərzində 32 oyunda iştirak edib, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, zədələr səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalıb.
Buna baxmayaraq, İspaniya millisinin baş məşqçisi Lüis de la Fuente onu 2026-cı il dünya çempionatının heyətinə daxil edib. Niko final qarşılaşmasında meydana sonradan daxil olub və Ferran Torresin qələbə qoluna məhsuldar ötürmə verib.
Turnir zamanı 23 yaşlı yarımmüdafiəçinin xüsusi dəstəyi olub. Bu şəxs onun sevgilisi Ayni idi.
Niko Uilyamsın şəxsi həyatı da azarkeşlərin maraq dairəsində olub. Ayni futbolçunun mundialdakı uğur yolunda ona mənəvi dəstək verən əsas insanlardan biri kimi diqqət çəkib.



