- Baxış sayı: 11
- 27 İyul 2026 23:03
- Baxış sayı: 38
- İyul 26, 2026
- 0

İspaniya millisinin futbolçusu Fabian Ruiz 2025/2026 mövsümünü Liqa 1, çempionlar liqası və ən əsası dünya kubokunun qalibi kimi başa vurub.
Allsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi dünya çempionatındakı qələbəsini anası Çariyə həsr edib.
Fabian 12 yaşında olarkən atası ailəni tərk edib. Anası üç uşaqla – Fabian, böyük oğlu Alexandro və qızı Yamilya ilə tək qalıb. Maddi vəziyyəti onsuz da yaxşı olmayan ailə üçün həmin dövr daha da çətinləşib.
Çari ailəsini dolandırmaq üçün müxtəlif işlərdə çalışıb və sonradan “Betis” klubunun bazasında təmizlikçi kimi işləməyə başlayıb. Bu, onun oğlunun futbola ilk addımlarını atdığı məkan olub.
Ruiz daha əvvəl anası haqqında danışarkən bunları deyib:
“Əvvəlcə mənim üçün bir qədər çətin idi. O, paltardəyişmə otaqlarını təmizləyirdi, mən isə həmin yerdə geyinirdim. Anam məni, qardaşımı və bacımı təkbaşına böyütməli idi. Ev, üç uşaq, dərslər, “Betis”də məşqlərə gedib-gəlmək – bunlar asan deyildi. Maddi baxımdan ağır günlər keçirirdik. Anam bazar ertəsindən bazara qədər işləyirdi.
O, məşq bazasına gedən yolu əzbər bilirdi. Məni məşqlərə və oyunlara aparırdı, daha sonra özü işləmək üçün orada qalırdı. Çox vaxt yeməyə belə vaxt tapmırdı ki, üç övladı idmanla məşğul ola bilsin. Anam mənim kumirim və həyatımdakı ən böyük nümunədir”.
Futboldan böyük gəlir əldə etməyə başladıqdan sonra Ruiz ilk növbədə ailəsinin qayğısına qalıb. O, yaxınları üçün evlər və avtomobillər alıb, anasının artıq gecə-gündüz işləməyə məcbur qalmaması üçün şərait yaradıb.
“İstəyirdim ki, ailəm bir daha heç vaxt ehtiyac içində yaşamasın”.


