Ronaldu fanatı DÇ-də diqqət çəkdi – FOTO

Ronaldu fanatı DÇ-də diqqət çəkdi – FOTO

Dünyanın ən nüfuzlu futbol turnirində daha bir məşhur bloger diqqət mərkəzinə düşüb. Bu dəfə söhbət Rusiyadan olan futbol blogeri Svetlana Alekseyevadan gedir.

Allsport.az xəbər verir ki, “Lanexa” ləqəbi ilə tanınan Svetlana Kriştiano Ronaldunun böyük fanatıdır. O, ərəb komandalarının oyunlarını tez-tez tribunadan izləyir, demək olar ki, “Əl-Nəsr”in heç bir qarşılaşmasını buraxmır.

Svetlana dünya çempionatında Səudiyyə Ərəbistanı, İraq, Türkiyə, Əlcəzair və Özbəkistan millilərinə dəstək verib.

Alekseyevanın sosial şəbəkələrdə böyük auditoriyası var. Onun “İnstaqram”da 5 milyon, “TikTok”da 3,6 milyon, “Yutub”da isə 1,5 milyon izləyicisi mövcuddur.

Ronaldunun azarkeşi olan blogerin “Əl-Nəsr”lə bağlı çoxsaylı videoları var. Onun ən populyar paylaşımı da portuqaliyalı ulduzla bağlıdır. Svetlananın Ronaldunun ötən mövsüm “Əl-Nəsr” forması ilə cərimə zərbəsindən ilk zərbəsini lentə aldığı video 177 milyon baxış toplayıb.

Həmin kateqoriyadan