- Baxış sayı: 32
- 28 İyul 2026 11:56
- Baxış sayı: 59
- İyul 26, 2026
- 0

İspaniya millisinin yarımmüdafiəçisi Pedrinin sevgilisi Alehandra Dotra DÇ-2026 boyunca futbolçuya fəal dəstək verib.
Allsport.az xəbər verir ki, dünya çempionluğundan sonra Alehandra sosial şəbəkədə Pedrini təbrik edərək ona sevgisini ifadə edib.
Lakin futbolçu digər təbrik paylaşımlarını hesabında paylaşsa da, sevgilisinin paylaşımına reaksiya verməyib.
Bu, ilk belə hadisə deyil. May ayında “Barselona”nın La Liqa çempionluğunu qeyd etməsindən sonra Pedri və Ferran Torres əyləncə parkına yollanmış, yarımmüdafiəçi attraksionda Ferranın yanında əyləşərək Alehandranı arxa sırada qoymuşdu. Həmin görüntülər də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
