DÇ-dən sonra istirahət – FOTO

DÇ-dən sonra istirahət – FOTO

Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-dan sonra tətilə çıxıb.

Allsport.az xəbər verir ki, komandasının 1/4 finalda İngiltərəyə uduzaraq mübarizəni dayandırmasından sonra 25 yaşlı futbolçu əvvəlcə vətəninə yollanıb, daha sonra isə istirahət üçün İtaliyaya gedib.

Holand qısa məzuniyyəti zamanı yaxtada qolf oynayıb, incəsənət və moda dünyasının tanınmış simaları ilə görüşüb, dəb nümayişləri və qapalı tədbirlərdə iştirak edib. Futbolçunu səfərdə həyat yoldaşı İzabel Hauqsenq Yohansen müşayiət edib.

Norveçli hücumçu istirahətdən fotolarını da sosial şəbəkə hesabında paylaşıb.

Erlinq Holand DÇ-2026-da 6 oyunda 7 qola imza atıb. Norveç yığmasının turnirlə erkən vidalaşmasına baxmayaraq, o, hələ də mundialın ən məhsuldar bombardirləri sırasında üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan