- Baxış sayı: 14
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

DÇ-2026-nın finalında İspaniyanın Argentinanı məğlub etməsindən sonra azarkeşlər maraqlı təsadüfə diqqət çəkiblər.
Allsport.az xəbər verir ki, futbolsevərlər Rihannanın stadiondan izlədiyi hər iki dünya çempionatı finalında Argentinanın 0:1 hesabı ilə, əlavə vaxtda buraxdığı qolla məğlub olduğunu xatırladıblar.
İlk belə hadisə 2014-cü ildə Braziliyada keçirilən mundialın finalında yaşanıb. Həmin görüşdə Mario Götzenin əlavə vaxtda vurduğu qol Almaniyaya qələbə qazandırmışdı.
12 il sonra isə Rihanna DÇ-2026-nın finalını izləyərkən Ferran Torresin əlavə vaxtda vurduğu yeganə qol İspaniyaya dünya çempionluğunu gətirib.
Rihanna 2014-cü ildə tribunadan Almaniya millisinə azarkeşlik etmiş, çempionluqdan sonra isə komanda ilə birlikdə qapalı tədbirdə qələbəni qeyd etmişdi.




